AVRO-2020: Oyunlarda azarkeş sayı azaldıla bilər

AVRO-2020: Oyunlarda azarkeş sayı azaldıla bilər
 UEFA İcraiyyə Komitəsinin (İK) bugünkü iclasında AVRO-2020-nin məhdud sayda azarkeşin iştirakı ilə keçirilməsi məsələsi müzakirə olunub.

Sfera.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında İK üzvü Aleksey Sorokin deyib. 

Rusiyalı funksionerin sözlərinə görə, yığıncaqda Avropa çempionatı barədə çox az danışılıb: "Tamaşaçı sayında azalma istisna olmaqla, heç bir dəyişiklik gözlənilmir. İndi bu barədə fikir bildirmək çətindir. Çünki heç kim gələn ilin yayında vəziyyətinin necə olacağını bilmir. Bu gün planda heç bir dəyişiklik yoxdur. Bütün şəhərlər turnirə ev sahibliyi edəcək. Heç kim öhdəlik götürməkdən imtina etmir və sistemli şəkildə növbəti yaya hazırlaşır. Yeganə sual azarkeşlərin oyunları izləyə bilməsi ilə bağlıdır. Tamaşaçı sayının azalacağı və bunun da gəlirlərə təsir edəcəyi gözlənilir".

Sorokin azarkeş sayının neçə faiz azaldıla biləcəyini açıqlamayıb: "İndi bu sualın cavabı yoxdur. İstənilən senari ola bilər. Amma bütün bunların aradan qalxacağına və turnirin dolu tribunalar qarşısında olacağına ümid edirik".

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...