No Image
No Image
No Image

AVRO-2020: Oyunlarda azarkeş sayı azaldıla bilər

AVRO-2020: Oyunlarda azarkeş sayı azaldıla bilər
 UEFA İcraiyyə Komitəsinin (İK) bugünkü iclasında AVRO-2020-nin məhdud sayda azarkeşin iştirakı ilə keçirilməsi məsələsi müzakirə olunub.

Sfera.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında İK üzvü Aleksey Sorokin deyib. 

Rusiyalı funksionerin sözlərinə görə, yığıncaqda Avropa çempionatı barədə çox az danışılıb: "Tamaşaçı sayında azalma istisna olmaqla, heç bir dəyişiklik gözlənilmir. İndi bu barədə fikir bildirmək çətindir. Çünki heç kim gələn ilin yayında vəziyyətinin necə olacağını bilmir. Bu gün planda heç bir dəyişiklik yoxdur. Bütün şəhərlər turnirə ev sahibliyi edəcək. Heç kim öhdəlik götürməkdən imtina etmir və sistemli şəkildə növbəti yaya hazırlaşır. Yeganə sual azarkeşlərin oyunları izləyə bilməsi ilə bağlıdır. Tamaşaçı sayının azalacağı və bunun da gəlirlərə təsir edəcəyi gözlənilir".

Sorokin azarkeş sayının neçə faiz azaldıla biləcəyini açıqlamayıb: "İndi bu sualın cavabı yoxdur. İstənilən senari ola bilər. Amma bütün bunların aradan qalxacağına və turnirin dolu tribunalar qarşısında olacağına ümid edirik".

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı cüdoçu: "Qələbəmi şəhidlərə həsr edirəm"

"Ölkəmizin çətin günlərində medal qazandım". Sfera.az-ın məlumatına görə, bunu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal qa...

“Böyük dəbilqə” turnirində komandamız ilk medalını qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük dəbilqə” turnirinin birinci günündə komandamız bürünc medal qazanıb. Sfera.az xəbər verir ki, kişilər ar...

Azərbaycanın UEFA-da mövqeyi dəyişmədi

Avropa Liqasında ötən gün keçirilən matçlardan sonra UEFA reytinqi açıqlanıb. Sfera.az  xəbər verir ki, cədvəldə bəzi dəyişikliklər olsa da, bu, Azər...

Şəhriyar Məmmədyarovun da kəndi azad edildi - FOTO

"Genlik kəndi geri alındı! Atamın, babamın ve ulu babalarımın kəndi. Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir”. Sfera.az ...

“Qarabağ”ın ev matçının keçiriləcəyi oyunun stadionunu açıqladı

  "Qarabağ" komandasının UEFA Avropa Liqasının I qrupunda İspaniya "Vilyarreal"ına qarşı keçirəcəyi ev matçının stadionu bəlli olub. Sfera.az klubun...

Elxan Məmmədov: "Qarabağ"ın Türkiyədə oynamasına icazə verilə bilər"

"Qarabağ” klubunun Avropa Liqasında keçirəcəyi ev oyunu üçün alternativ ölkı seçimi ilə bağlı AFFA-nın UEFA ilə danışıqları davam edir. UEFA-nın əvvəlki tövsiyə...