AVRO-2020-nin püşkatması ilə bağlı müsabiqə elan olunub

AVRO-2020-nin püşkatması ilə bağlı müsabiqə elan olunub
 

AVRO-2020-nin əsas mərhələsinin püşkatması ilə əlaqədar müsabiqə elan olunub.

Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatmaya olan marağı nəzərə alaraq, futbolda təxminlərinə güvənənlər üçün AVRO-2020-nin rəsmi saytında xüsusi bölmə yaradılıb.

Yalnız noyabrın 30-dək //baku2020.az/az/prediktor linkinə daxil olaraq qeydiyyatdan keçməklə, Bakıya gələcək milli komandaların adlarını təxminlər əsasında qeyd etmək olar. Püşkatmadan sonra, dekabrın 2-də doğru təxmin yazan iştirakçılar arasında təsadüfi seçim aparılacaq. Adı qaliblər sırasında çıxan ilk 5 nəfərə AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarından birinə 2 bilet hədiyyə olunacaq.

Təxminlərlə bağlı qeydlər

Bakı A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə birlikdə ev sahibliyi edəcək. Azərbaycan milli komandası turnirin final mərhələsinə vəsiqə qazanmadığı üçün İtaliya millisi hər üç oyununu öz meydanında keçirəcək.

Bundan əlavə, Millətlər Liqasının 4 pley-off qalibi A qrupuna düşə bilməz. Bu səbəbdən dördüncü səbətdən Finlandiya və ya Uels millisi Bakıda qonaq olacaq. Birinci səbətdən heç bir milli komanda A qrupunda yer ala bilməz. Çünki artıq İtaliya millisi birinci səbətdən A qrupunda yerini təmin edib. Eyni zamanda, ikinci səbətdən Rusiya və Danimarka, üçüncü səbətdən isə Niderland ev sahibi ölkələr olduqları üçün artıq yer aldıqları qruplar bəllidir.

Püşkatma noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə olacaq. 

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...