AVRO-2020-nin mükafat fondu artırıldı

AVRO-2020-nin mükafat fondu artırıldı
Futbol üzrə 2020-ci il Avropa çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək.

Sfera.az bildirir ki, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis qurumun Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində açıqlama verib. O bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq: "Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro, maksimum 34 milyon avro əldə edəcək".

Fransada keçirilmiş AVRO-2016-nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb.

Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək. ("Report”)

OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...