AVRO-2020-nin kubokunun Bakıya gətiriləcəyi tarix dəqiqləşdi

AVRO-2020-nin kubokunun Bakıya gətiriləcəyi tarix dəqiqləşdi

AVRO-2020-nin kubokunun qitə turu davam edir.

Sfera.az xəbər verir ki, çempionatın oyunlarına ev sahibliyi edəcək 11 şəhərə səyahət edəcək mükafat Roma, Buxarest və Budapeştin ardından Bakıda nümayiş olunacaq. Mükafat Azərbaycan paytaxtına bu həftə gətiriləcək.

Kubokun Bakı səfəri mayın 7-8-nə planlaşdırılıb. Lakin əvvəlki üç şəhərdə olduğu kimi ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqədar geniş tədbirlər nəzərdə tutulmayıb.

Qeyd edək ki, iyunun 11-dən iyulun 11-dək keçiriləcək Avropa çempionatı 11 şəhərdə təşkil olunacaq.

 

Zeynəb




OXŞAR XƏBƏRLƏR