AVRO-2020-nin finalı Londondan alına bilər
11:19 / 18.06.2021
1787
Futbol üzrə Avropa çempionatının final oyunu İngiltərənin London şəhərindən alına bilər.
Sfera.az-ın "The Times"a istinadən məlumatına görə, həlledici qarşılaşmanın Macarıstanın payaxtı Budapeştdə gerçəkləşmə ehtimalı var.
Bu, "Uembli" stadionundakı görüşün dolu tribunalar önündə keçiriləcəyinə koronavirus üzündən təminat verilməyəcəyi təqdirdə baş verəcək. Budapeşt isə məhdudiyyətlərin olmayacağına zəmanət verib.
Qeyd edək ki, final matçı iyunun 11-də keçirilməlidir. Təqvimə əsasən, "Uembli" yarımfinal oyunlarına da ev sahibliyi etməlidir.