\"Avro-2020”: Fransa Macarıstanla bacarmadı

\
Futbol üzrə Avropa çempionatının F qrupunda ikinci tura start verilib.

Sfera.az xəbər verir ki, Fransa millisi Budapeştin "Puşkaş Arena"sında Macarıstanla heç-heçə oynayıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu macar futbolçu Attila Fiola vurub. İkinci hissədə fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa edə biliblər. Antuan Qrizmann qapıçının qaytardığı topu qapıdan keçirib.

Hazırda xallarını 4-ə çatdıran Fransa millisi liderdir. Macarıstan isə qrupda ilk xalını qazanıb.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.

OXŞAR XƏBƏRLƏR