AVRO-2020: Finlandiya Danimarkaya qalib gəldi

AVRO-2020: Finlandiya Danimarkaya qalib gəldi
Futbol üzrə Avropa çempionatında B qrupunda mübarizəyə start verilib.

Sfera.az-ın məlumatına görə, turun açılış oyununda Danimarka və debütant Finlandiya ilə üz-üzə gəlib. 42-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. Nəticədə matçda fasilə yaranıb. Ölüm təhlükəsi ilə üz-üzə olan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. İki saatlıq fasilədən sonra UEFA Eriksenin səhhətinin qaydasına düşdüyünü bildirərək, "davam" qərarı verib. Görüş qaldığı yerdən davam etdirilib.

Hesab isə 60-cı dəqiqədə açılıb. Yoel Pohyanpalo fərqlənərək, Finlandiya millisinə qələbə qazandırıb.

74-cü dəqiqədə Danimarka millisinin bərabərlik qolunu vurmaq imkanını Pyer-Emil Heybyerq penaltini dəqiq yerinə yetirməməklə qaçırıb.

Qeyd edək ki, B qrupunda ilk turun digər görüşü Belçika və Rusiya yığmaları arasında keçirilir. Hələlik Belçika öndədir - 1:0.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...