Avqustun 5-dən sonra hansı yumşalma tədbirləri olacaq? – ÜST-dən AÇIQLAMA

Avqustun 5-dən sonra hansı yumşalma tədbirləri olacaq? – ÜST-dən AÇIQLAMA
"Yumşalma tədbirlərindən sonra yoluxmaların sayında artım oldu”.

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı təşkilatın missiyasının yekunlarına dair onlayn mətbuat konfransında bildirib.

"Hər kəs məndən bir təxmin istəyir, amma bu təxminlər dəqiq deyil. 5 avqustdan sonra nələr ola bilər? Mən sizə bugünədək olanları deyim. Mart ayının əvvəllərindən etibarən xüsusi karantin rejimi tətbiq edildi və yoluxma saylarında azalma müşahidə olundu. Daha sonra aprelin 27-dən yumşalma tədbirlərinə start verildi və yoluxmaların sayı kəskin artdı. Son zamanlarda isə bir növ stabilləşmə və azalma müşahidə edirik. Bu o deməkdir ki, görülən tədbirlər işə yarayır”.

"Bundan sonra nələr olacaq? Hökumətlər, həkimlər, bütün dünya yeni bir xəstəliklə qarşı-qarşıyadır. Əgər yoluxmada artım olmasa, hamımızın normal həyata qayıtma şansı ola bilər. Amma yenə də müəyyən normalar daxilində yaşamalı olacağıq.

5 avqustdan sonra Operativ Qərargah nə kimi qərarlar verəcək, onu mənim təxmin etməyim mümkün deyil. Amma yenə də, qoyulan qaydalara diqqət etsək, daha yumşaldılmış bir karantin rejimində yaşaya bilərik”, – deyə Hande Harmancı qeyd edib.

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...