Avqustun 5-dən sonra hansı yumşalma tədbirləri olacaq? – ÜST-dən AÇIQLAMA

Avqustun 5-dən sonra hansı yumşalma tədbirləri olacaq? – ÜST-dən AÇIQLAMA
"Yumşalma tədbirlərindən sonra yoluxmaların sayında artım oldu”.

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı təşkilatın missiyasının yekunlarına dair onlayn mətbuat konfransında bildirib.

"Hər kəs məndən bir təxmin istəyir, amma bu təxminlər dəqiq deyil. 5 avqustdan sonra nələr ola bilər? Mən sizə bugünədək olanları deyim. Mart ayının əvvəllərindən etibarən xüsusi karantin rejimi tətbiq edildi və yoluxma saylarında azalma müşahidə olundu. Daha sonra aprelin 27-dən yumşalma tədbirlərinə start verildi və yoluxmaların sayı kəskin artdı. Son zamanlarda isə bir növ stabilləşmə və azalma müşahidə edirik. Bu o deməkdir ki, görülən tədbirlər işə yarayır”.

"Bundan sonra nələr olacaq? Hökumətlər, həkimlər, bütün dünya yeni bir xəstəliklə qarşı-qarşıyadır. Əgər yoluxmada artım olmasa, hamımızın normal həyata qayıtma şansı ola bilər. Amma yenə də müəyyən normalar daxilində yaşamalı olacağıq.

5 avqustdan sonra Operativ Qərargah nə kimi qərarlar verəcək, onu mənim təxmin etməyim mümkün deyil. Amma yenə də, qoyulan qaydalara diqqət etsək, daha yumşaldılmış bir karantin rejimində yaşaya bilərik”, – deyə Hande Harmancı qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Ermənistan atəşkəsi 35 dəfə pozdu

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 3...

Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır - Millət vəkili Şahin Seyidzadə

Sfera.az millət vəkili Şahin Seyidzadənin məqaləsini təqdim edir.   ***   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən büt...

Azərbaycanda restoran və kafelərlə bağlı QƏRAR VERİLDİ — RƏSMİ

Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərar...

Baş Qərargah rəisinə Ali Baş Komandan, ölkə Prezidenti etibar edir - RƏY

 Məlum olduğu kimi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirirlər. Hərbi təlimlərə həm Azərbaycan, həm də qardaş Türkiyə Ordusunun...

Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək

 Sabah Gürcüstandan daha 279 nəfər Azərbaycana təxliyə ediləcək. Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycanın Gürcüstandakı səfirliyindən mə...

TƏBİB məlumat yaydı - FOTO

 Azərbaycanda koronavirusla bağlı 11 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi...