“Avqustda maskasız gəzə biləcəyik” – Rusiya rəsmisindən hamını sevindirəcək açıqlama
12:20 / 08.02.2021
1743
Kreml pandemiyadan sonra normal həyata qayıtmaqla
bağlı konkret zaman açıqlayıb.
Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri
Peskov koronavirus pandemiyasından sonra normal həyata qayıtma vaxtını
açıqlayıb.
Sfera.az xəbər verir ki, Peskov bu barədə
TASS-a müsahibəsində danışıb.
Kreml sözçüsünün sözlərinə görə, bunun üçün əlverişli vəziyyət yay aylarında olacaq. "Yəni,
avqustda artıq üzümüzü gizlətmədən gəzə biləcəyik”, - deyə o, əlavə edib.
Peskov xatırladıb ki, mütəxəssislərin
hesablamalarına görə, normal həyata qayıtmaq üçün dünya sakinlərinin təxminən
60 faizində koronavirusa qarşı immunitet
yaranmalıdır. Söhbət koronavirusa həm təbii, həm də preparatlar vasitəsilə
yaranan dayanılqlıqdan gedir.
Qeyd edək ki, ötən ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin, hər il keçirdiyi ənənəvi böyük mətbuat konfransı zamanı ölkəyə kilidləmə tətbiq edilməsini istisna etmişdi. Onun sözlərinə görə, ölkədə koronavirus infeksiyasının yayılması artrıq təhlükəli həddə deyil.
Tərcümə: Selcan
Sfera.az