No Image

Avqustda Azərbaycana ən çox turist bu ölkədən gəlib

Avqustda Azərbaycana ən çox turist bu ölkədən gəlib
 

Avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib.

Sfera.az bildirir ki,  bu barədə Dövlət Turizm Agentliyi bildirib. Qeyd olunub ki, bu, ötən ilin avqustuna nisbətən 42 min və ya 13.2% artım deməkdir:

"Səyahət edənlərin ən böyük qismini 9.3% artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib. Ən böyük artım 82.2% və ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub. Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 minə çatıb ki, bu da keçən ilə nisbətdə 11 min və ya 20% artım deməkdir. Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% və 11.2% artaraq 27 min, 14 min və 11 minə çatıb".

Əlavə olunub ki, Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18.3% artaraq 22.6 minə çatıb:

"2019-cü ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8% və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4% və 38.1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb".

OXŞAR XƏBƏRLƏR

“YARAT”ın virtual sərgisi davam edir

 "YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan "Virtual Artım” sərgisi davam edir. Sfera.az xəbər verir ki, layi...

Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxs saxlanıldı - FOTO

 Paytaxtın Nizami rayonunda yaşayan Bakı şəhər sakini olan bir nəfərin idarə etdiyi "Toyota Prado” markalı avtomobilin dəyəri 2000 manat olan səsboğucu sis...

Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxdu, 2 nəfər öldü

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Azərbaycanda vəzifəli şəxs cərimələndi - RƏSMİ + FOTO

 Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alı...

Sinir sistemini gücləndirən MƏHSUL

 "Mütəmadi olaraq qədərində banan yemək ürəyə müsbət təsir göstərir və sinir sistemini gücləndirir". Sfera.az bildirir ki, bunu Seçenov Universitetin...

Azərbaycanlı müğənni və dostuna cinayət işi açıldı - FOTO

 "Müğənni Elnar Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib. Həmin ve...