Aviaşirkətlər yay üçün bilet satışına başladı

Aviaşirkətlər yay üçün bilet satışına başladı
 Yayda dünyanın əksər ölkələrində həyat bərpa olunacaq. Aviaşirkətlərin davranışı da belə deməyə əsas verir.

Sfera.az xəbər verir ki, yay üçün bilet satışlarına start verilib. Siyahıya nəzər salarkən hətta Bakının adına da rast gəlmək mümkündür. "Ural hava yolları” iyunun 1-dən Rusiyadan paytaxtımıza uçuşlar təşkil edəcək. Bundan başqa, Barselonaya, Milana, Fərqanəyə, Düşənbəyə, Oşa, Səmərqəndə, Bişkəkə, Almatıya reyslər var. İyunun axırlarında Amsterdama, Londona da uçmaq mümkün olacaq.

"Türkiyə hava yolları” Moskvadan, Sankt-Peterburqdan Antalyaya, İstanbula reyslər təşkil etməyi düşünür. Rusiyanın "Pobeda” avişirkəti isə hələlik yalnız Antalyanı seçib. Türkiyə şəhərinə Barselona da əlavə olunub.

"Sibir” çox ucuz biletlər təklif edir. Beynəlxalq uçuşlarda hətta 1000 rubla (təxminən 14 dollar) da bilet almaq mümkündür. Daxili reyslərdə isə qiymətlər 500 rubl civarındadır. (bizimyol.info)

OXŞAR XƏBƏRLƏR