Aviareyslər fevralın 1-dən bərpa edilir - Gürcüstanda

Aviareyslər fevralın 1-dən bərpa edilir - Gürcüstanda
Gürcüstan fevralın 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək.
 
Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bu gün keçirilən brifinqdə məlumat verib.

"1 fevral tarixindən etibarən müntəzəm uçuşlara icazə verməyə qərar verdik. Bununla müntəzəm uçuşlar həyata keçirən bütün aviaşirkətlər və ya yeni şirkətlər Gürcüstanda müəyyən bir qanunauyğunluqla uçuşları həyata keçirə biləcək”,- deyə Turnava qeyd edib.

Uçuşlara təhlükəsizlik tədbirləri və tibbi protokolların nəzərə alınaraq icazə veriləcəyi bildirilib.

"Bununla yanaşı Gürcüstana müxtəlif ölkələrdən gələn qonaqlar üçün girişin necə asanlaşdırılacağını müzakirə edirik və bunu gələn həftə müəyyənləşdirəcəyik”,- deyə nazir bildirib.

O, bunun ilk növbədə Aİ, İsrail və Fars körfəzindən gələn turistlərə şamil olunacağını əlavə edib: "Yaya qədər bütün turistləri qəbul edə biləcəyik”.

Xatırladaq ki, ötən ilin mart ayının ortalarında koronavirusun pandemiya elan olunmasından sonra Gürcüstan bütün istiqamətlərə müntəzəm uçuşları dayandırmışdı.






OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...