Avarçəkənlərimiz İtaliyadan 12 medalla geri dönürlər

Avarçəkənlərimiz İtaliyadan 12 medalla geri dönürlər

Avarçəkənlərimiz beynəlxalq yarışda 12 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançılarımız İtaliyanın Aurontso di Kadoro bölgəsində keçirilən yarışda aktivlərinə yeddi qızıl, iki gümüş və üç bürünc medal yazdıra biliblər.

Avarçəkmənin kayak və kanoe növləri üzrə Beynəlxalq Kanoe Federasiyasının keçirdiyi beynəlxalq yarış U-16 (16 yaşadək), yeniyetmələr və gənclər arasında gerçəkləşib. Yarışa 15 ölkədən 600-dən çox idmançı qatılıb. Azərbaycanı bu yarışda 200, 500 və 1000 m məsafələrdə beş idmançı təmsil edib.

Gənclərin fərdi yarışında Malxaz Çinçaraşvili kanoe növündə 500 və 1000 metr məsafələrə yürüşdə ilk yeri tutub. 200 metrdə isə bürünc medal qazanıb. Daha bir bürünc medalı Vadim Hüseynov 1000 metr məsafəyə yürüşdə əldə edib.

Çinçaraşvili - Hüseynov dueti 500 və 1000 metr məsafəyə iki nəfərlik qayıqla yürüşdə bütün rəqiblərini qabaqlayıb. 200 metrdə isə onlar III yeri tutublar.

Yeniyetmələrdən Cumber Çxutiaşvili 200 metr məsafəyə yarışda qalib olub. Tofiq Bayramov isə U-16-ların mübarizəsində iki medal əldə edib: 500 metrdə I, 200 metrdə II yer. Gülnarə Həmzəyeva da C.Çxutiaşvili ilə eyni nəticəyə imza atıb.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü G.Həmzəyeva yarışın ən gənc iştirakçısı olub. O, 2003 və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib.


OXŞAR XƏBƏRLƏR

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...

Qazimiz Türkiyədə faciəvi şəkildə ÖLDÜ - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, əmisi il...

Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA: "Cinayətin bütün iştirakçılarını..."

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı son məlumatı açıqlayıb.   Sfera.az bildirir ki, dö...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...