Avropa İttifaqının Ali Nümayəndəsindən Azərbaycanla bağlı mühüm - MESAJ

Avropa İttifaqının Ali Nümayəndəsindən Azərbaycanla bağlı mühüm - MESAJ

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini bu ilin noyabrın 27-də Avropa Parlamentinin şərq qonşuluğunda inkişaf mövzusunda keçirilən müzakirələrində çıxış edib.

Sfera.az-ın məlumatına görə, Ali Nümayəndə son beş il ərzində Şərq Tərəfdaşları ilə işləmək imkanından bəhs edib.

O, 2014-cü ildə vəzifəyə gəldiyi zaman bu məsələnin Aİ-nin xarici və təhlükəsizlik siyasəti gündəliyinin ən mühüm elementlərindən biri olduğunu qeyd edib.

F.Moqerini hazırda Aİ-nin Şərq Tərəfdaşlarına daha da yaxın olduğunu vurğulayıb.

Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər haqqında bəhs edən F.Moqerini, Aİ-nin Azərbaycan ilə yeni Sazişi yekunlaşdırmaq üçün işi davam etdirdiyini bildirib.

O, beynəlxalq standartlara uyğun olaraq, insan hüquqlarından iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinədək müxtəlif məsələləri əhatə edən ambisiyalı sazişin arzu edildiyini vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işin, Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə dialoqun dəstəklənməsinin və təşviq edilməsinin davam etdiriləcəyini bildirib.

Aİ-nin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini, Aİ-nin Xüsusi Nümayəndəsinin fəaliyyəti vasitəsilə daxil olmaqla, dəstəklədiyi vurğulanıb.

Qeyd etmək lazımdır ki, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilən bu çıxışın Azərbaycanla bağlı, xüsusilə də münaqişənin həllindən bəhs edən paraqrafına daxil edilmiş "Azərbaycan” keçidi oxucunu bu ilin aprel ayında Brüsseldə keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasının mətbuat konfransına istiqamətləndirir.

Xatırladaq ki, sözügedən mətbuat konfransı zamanı Ali Nümayəndə F.Moqerini Azərbaycanı Aİ-nin çox mühüm tərəfdaşı adlandırıb. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün Aİ tərəfindən tam şəkildə dəstəkləndiyini vurğulayıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...