ATV-nin qalmaqallı verilişi yayımdan çıxarıldı - Video

ATV-nin qalmaqallı verilişi yayımdan çıxarıldı - Video

ATV rəhbərliyi cümə günü efirə gedəcək "Yoxlama” verilişini proqramdan çıxarıb.

 

Bu barədə Gununsesi.info-ya ATV-nin adının çəkilməsini istəməyən əməkdaşı bildirib.

 

Ötən həftə boyu verlişin anonsu yayımlanırdı. Verilən məlumata görə, buraxılışın məzmunu jurnalistikanın prinsiplərinə uyğun gəlməyib və telekanal rəhbərliyi ictimai rəyin ATV-nin əleyhinə olduğu indiki məqamda bu verilişin efirə getməsini məqsədəuyğun saymayıb.

 

"Yoxlama” verilişi Rusiya telekanallarının birindən götürülüb. Bir neçə gün öncə Şamaxı şəhərindəki restoranlardan birində çəkiliş zamanı əməkdaşların döyülməsindən sonra "Yoxlama” verilişi haqda peşəkarların münasibəti heç də birmənalı olmamışdı.

 

Sfera.az efirə getməsi yasaqlanan proqramın görüntülərini təqdim edir:

 

]


OXŞAR XƏBƏRLƏR