ATƏT PA-nın xüsusi nümayəndəsi: \"İlkin hesabat sabah təqdim olunacaq\"

ATƏT PA-nın xüsusi nümayəndəsi: \

"İlkin təəssüratlarım budur ki, biz seçki məntəqlərində yaxşı qarşılandıq. Biz məcburi köçkünlər üçün təşkil olunan səsvermə məntəqələrində olduq. Burada müstəqil müşahidəçilər, namizədlərin müşahidəçiləri öz müşahidələrini aparırlar". 

APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın xüsusi nümayəndəsi Andreas Notelle deyib. 

Xüsusi nümayəndə bildirib ki, səhər seçki başlayandan 6 seçki məntəqəsində olub: "Bu gün digər müşahidə missiyalarının nümayəndələri ilə müzakirələr aparacağıq. Həmçinin Mərkəzi Seçki Komissiyasının müşahidəçiləri ilə görüşümüz gözlənilir".

 

Xüsusi nümayəndə deyib ki, sabah müşahidələrlə bağlı ilkin hesabat təqdim olunacaq: "Deyə bilərəm ki, bu hesabat kifayət qədər uzun, təxminən 15 səhifədir. Yekun hesabat isə seçkidən bir neçə həftə sonra dərc olunacaq və orada tövsiyələr yer alacaq". 


OXŞAR XƏBƏRLƏR