No Image
No Image

Atatürkün Naxçıvan arzusu həyata keçir – Şəntop

Atatürkün Naxçıvan arzusu həyata keçir – Şəntop
Qardaş Azərbaycanın Qarabağ və digər işğal altında olan bölgələri birmənalı hərbi qələbə ilə geri almasından sonra ölkəmiz və Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa quru yolu və dəmiryolu əlaqələrinin təmin olunması imkanı yaranıb.

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.

O, bu məsələdə Mustafa Kamal Atatürkün Naxçıvanla bağlı mövqeyini də yada salıb:

"Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi cəhd illər sonra səmərəsini verdi. Ölkə olaraq bunun sevincini yaşayırıq”.

TBMM-in spikeri onu da qeyd edib ki, məqsəd Orta Asiyadakı türk cümhuriyyətləri ilə əlaqələri daha da genişləndirməkdir:

"Tarixi İpək Yolunu daima birlikdə canlandıracaq, Orta Asiyada yaşayan qardaşlarımızla iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimizi təkmilləşdirəcəyik. Ölkəmizdə həyata keçirdiyimiz kommunikasiya investisiyalarını və bu mövzudakı podratçı təcrübəmizi Orta Asiyaya daşıyacağıq”.(Sputnik)
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Rusiya lideri Vladimir Putin universitet tələbələri ilə onlayn-söhbət zamanı fəaliyyət sahəsi kimi şərabçılıqla maraqlandığını, prezident karyerası başa çatdıqd...

Baş nazir xəbərdarlıq etdi: Şişirdilmiş qiymətlər...

Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri ...

İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq

"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazı...

Xırdalanda güclü partlayış: dağıntılar altından 2 nəfər çıxarılıdı - VİDEO

Abşeron rayonunda evdə partlayış baş verib. Sfera.az övqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri 27-ci mə...

“Türkiyənin bölgədə güclənməsi İranı narahat edir” – Zərifin Bakı səfəri nəyə hesablanıb?

"Zərifin səfəri Cənubi Qafqazda İranın mövqeyini artırmağa hesablanıb”. Bu sözləri Sfera.az-a açıqlamasında İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin B...

Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlə bağlı nazirlikdən AÇIQLAMA

5 il ərzində onların mənzil və ya fərdi evlə təminatı işləri aparılacaq. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli "Azərbaycan Respublikasının...