Atasının məşhur aktrisaya təcavüzü ilə bağlı ŞOK DETALLAR: “Anama dedim, inanmadı”

Atasının məşhur aktrisaya təcavüzü ilə bağlı ŞOK DETALLAR: “Anama dedim, inanmadı”
Türkiyəli aktrisa Melisa Döngelin atası tərəfindən cinsi istismara məruz qalması ilə bağlı hadisənin detalları açıqlanıb.

 

Sfera.az-ın məlumatına görə, aktrisanın atasını 4 il əvvəl şikayət etdiyi, lakin təcavüz məsələsinin ondan da qabaq olduğu bəlli olub. Döngelin şikayətindən sonra atası A.D nəzarətə alınıb. O, məhkəmədə qızının film agentliyinə getməsini istəmədiyini deyib. "Agentlikdə işə başladıqdan sonra hərəkətləri dəyişdi. Niyə haqqımda belə bir iddia irəli sürüb bilmirəm. Mən qızını sevən atayam. Qonşulardan da soruşa bilərsiniz”, - deyə A.D bildirərək ittihamlara etiraz edib.


 

Məhkəmədə Melisanın anasından da gözlənilməz açıqlama gəlib. Belə ki, həyat yoldaşı ilə 19 ildir evli olan Ukrayna vətəndaşı, aktrisanın anası N.D qızının daha əvvəl ona təcavüz hadisəsindən danışdığını deyib: "2 il əvvəl atasının ona təcavüz etdiyini dedi, amma görmədiyimə görə inanmadım. Bir sabah qızımın yanında atasını gördüm, nə etdiyini soruşdum, mənə dedi ki, pul verir. Əgər həyat yoldaşım belə bir şey edibsə, mən də şikayətçiyəm”.


 

Həmin zaman 17 yaşı olan Melisa Döngəl isə dəfələrlə atasının şiddətinə məruz qaldığını etiraf edib: "Evdə həmişə dava-dalaş olurdu. Adi suyun yeri dəyişsə belə, atam gəlib bizi döyürdü. Bir dəfə sırf dostumla parka getdim deyə qolumu qırdı. Qorxumdan hamıya xəstəxanada ikən pilləkanlardan düşdüyümü dedim”.


 

Aktrisa həmçinin qeyd edib ki, hadisəni anasına desə də, onu polisə getməyə qoymayıb və "atanı sərbəst buraxarlar, olan sənə olar” , deyə bildirib. İlk cinsi istismara məktəb vaxtı məruz qalan Melisa dəfələrlə intihara cəhd etdiyini də söyləyib. "Atam tez-tez aktrisalıq fəaliyyətimi bitirməklə, məni məktəbdən çıxarmaqla təhdid edirdi. Özümü öldürmək istədim, neçə dəfə xəstəxanaya aparıldığımı unutmuşam. Sonra peşman oldum, amma əngəl ola bilmirdim”, - deyə Döngel çıxışında vurğulayıb.


 

Məhkəmədə həmçinin digər şahidlər də dinlənilib. A.D-nin qohumları Melisanı yalan deməkdə ittiham edib. Bütün faktlardan sonra məhkəmə müttəhimin ifadəsinin cinayətdən yaxa qurtarmaq məqsədi daşıdığını deyib, A.D.-yə 15 il həbs cəzası verilib.


 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...