Atambayev Rusiya aviabazasından Moskvaya uçub

Atambayev Rusiya aviabazasından Moskvaya uçub
 

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev Rusiyaya gedib.

"Report” "Sputnik Kirkizıstan”a istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikasının Dövlət Sərhəd Xidmətinin Mətbuat katibliyi yayıb.

Sabiq dövlət başçısının Rusiyaya səfəri ilə əlaqədar aviabazanın ərazisinə mobil qrup gətirilib: "Bu qrup sərhəd nəzarətini həyata keçirəcək. Başqa sözlə həmin qrup Almazbek Atambayevin pasportuna çıxış ştampı vuracaq”.

Qeyd edək ki, keçmiş prezident bir müddət əvvəl Moskvaya dəvət olunub. Onun Rusiyada görüşəcəyi şəxs və ya şəxslər məlum deyil.

A.Atambayev səfəri ilə bağlı deyib ki, bu məxfi informasiyadır və iyulun 25-də Qırğız Respublikasına qayıdacaq. Ondan "Manas” hava limanının sərnişin təyyarəsinin xidmətindən istifadə etməməsinin səbəbi soruşulub. Keçmiş prezident deyib: "Bunun səbəbi hamıya məlumdur”.

Xatırladaq ki, A.Atambayev 2011-2017-ci illərdə prezident olub. Qırğız Respublikasının Baş Prokurorluğu keçmiş prezidentə qarşı 6 faktdan 5-i üzrə cinayət işinin başlaması üçün əsas olduğunu bildirmişdi. Baş Prokurorluq onun prezident olarkən fəaliyətində korrupsiya əlamətləri aşkarlandığını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...