Azərbaycanda atalara tam ödənişli məzuniyyət veriləcək - Qanunvericiliyə daxil edilir
17:29 / 26.01.2022
1098
"Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi tezliklə Əmək Məcəlləsində öz əksini tapacaq".
Sfera.az-ın Report-a istinadən xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O, qadın və kişilərin əməkhaqlarında mütənasibliyin qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.