AtaBank yeni strateji yola çıxıb- SON DƏQİQƏ

AtaBank yeni strateji yola çıxıb- SON DƏQİQƏ
"AtaBank” ASC-nin bazarda mövqeyinin daha da möhkəmləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və gəlirliliyinin artırılması üçün rəhbərliyində geniş dəyişikliklər ediləcək.

 
Sfera.az-ın maliyyə bazarındakı mənbəsindən əldə etdiyi məlumata görə, 25 İyul 2019-cu il tarixində axşam radələrində "AtaBank”ın səhmdarlarının yığıncağı keçirilib. Yığıncaqda Bankda islahatların aparılmasına, o cümlədən Müşahidə Şurasının və İdarə Heyətinin dəyişdirilməsinə qərar verilib. Mənbənin sözlərinə görə, hazırda "AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev də vəzifəsindən azad ediləcək. Banka tezliklə yeni sədr və sədr müavinləri təyin ediləcəkdir. Dəyanət Quliyevin isə Bankın əsas səhmdarı olan "Synergy Group” MMC-də yüksək bir vəzifəyə təyin edilməsinə qərar verilib. Yeni sədr təyinatınadək Dəyanət Quliyev İdarə Heyətinin sədri vəzifəsini icra edəcəkdir.

 

Mənbə xüsusi qeyd etdi ki, bütün dəyişikliklər "AtaBank”ın daha yüksək səviyyəyə qaldırılmasına hesablanıb. Bank Azərbaycanda ən böyük kapitala malik banklardan biridir. Güclü kapital (145 milyon manat) daxil Bankın potensialından daha səmərəli istifadə edilməsi hədəflənir.

 

İddia ilə bağlı "AtaBank" ilə əlaqə saxladıq. Bankdan "Marja"ya təsdiq edildi ki, rəhbərlikdə dəyişikliklər nəzərdə tutlur və bütün dəyişikliklər müsbət yönümlüdür. Bank tərəfindən məsələ ilə bağlı tezliklə ictimaiyyətə rəsmi açıqlama veriləcəkdir.

 

Xatırladaq ki, "AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i "Synergy Group” MMC-yə,14%-i fiziki şəxslərə məxsusdur.

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...