AtaBank da koronavirusla mübarizəyə dəstək oldu

AtaBank da koronavirusla mübarizəyə dəstək oldu
 
Hər zaman korporativ sosial məsuliyyətə böyük önəm verən "AtaBank” ASC dövlət
tərəfindən koronavirusun (COVID-19) yayılmasına qarşı yönəlmiş və onun mənfi
təsirini azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.
Beləliklə, ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə
yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna AtaBank 100 min manat
məbləğində ianə köçürüb.
Bankın bu mübarizəyə dəstək olmaq qərarı xalqımızla həmrəy olmasının bir
nümunəsidir.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl
texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif
regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

OXŞAR XƏBƏRLƏR