AtaBank Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü

AtaBank Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü
 
"AtaBank" ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2019-cu il üçün
nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını Bayraq gününə həsr etdi. Bank
tərəfindən Binəqədi rayonu, Hüsü Hacıyev küçəsi 23 ünvanında yerləşən "Təmiz
Dünya” İB-nin nəzdində Qadın və Uşaq sığınacağını ziyarət etdi.
Bank heyəti sığınacaqda məskunlaşan uşaqları 9 Noyabr Dövlət Bayrağı günü
münasibəti ilə təbrik edərək onlara müxtəlif rəssamlıq ləvazimatları və şirin sovqat
hədiyyət etdi. Məlumat üçün bildirək ki, "Təmiz Dünya” Qadınlara Yardım İB 1999-
cu ildə Mehriban Zeynalova tərəfindən təsis edilib və 2002-ci ildən çətin həyat
şəraitinə düşmüş qadın və uşaqlar üçün sığınacaq xidməti fəaliyyətini
göstərir. Hazırda təşkilatın rəhbərliyini Mehriban xanımın qızı Elnurə Zeynalova
müvəffəqiyyətlə davam etdirir.
Ziyarət ilə əlaqədar "AtaBank" ASC-nin Biznesin İnkişafı departamentinin direktoru
Oruc İbrahimov bildirdi: "Bu cür tədbirlər məişət zorakılığından əziyyət çəkmiş və ya
valideyn himayəsindən məhrum olan uşaqların ehtiyac və arzularına diqqət yetirmək,
onları sevindirmək məqsədi ilə keçirilir. Lakin bu gün ən böyük sürpriz bizim onlara
bəxş etdiyimiz sevinc yox, onların bizə hazırladığı şeirlər və əl işləri oldu.”
Hər zaman sosial məsuliyyətə önəm verən AtaBank-ın belə tədbirlərin təşkilini
bundan sonra da davam etdirəcəyi qeyd edildi.
Tədbir zamanı bank əməkdaşları uşaqlarla birgə xatirə video və fotoşəkillər
çəkdirdilər.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl
texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif
regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

OXŞAR XƏBƏRLƏR