Ata iki ayın gəlini olan qızının ölümünə fəryad edir

Ata iki ayın gəlini olan qızının ölümünə fəryad edir
Füzuli rayonu Kərimbəyli kənd sakini Şahverdiyev Valeh Çərkəz oğlu 2 ayın gəlini olan qızının ölümü ilə bağlı Bizimyol.info-ya açıqlama verib.

O, deyib ki, orta məktəb müəllimi olan qızı Afət Şahverdiyeva bu ilin fevralın 8-də müəmmalı şəkildə ölüb: "Qızım hərbçi ilə ailə həyatı qurmuşdu. Həyat yoldaşı evdə olarkən qızımın özünü intihar etdiyi bildirilir. Qızımın intihar etməsi üçün hər hansı bir səbəb ola bilməzdi. Qızım dərs dediyi məktəbdən 700 manat maaş alırdı. Yemək-içmək problemi yox idi. Evlənməmişdən 1 il öncə özünə avtomobil də almışdı”.

Valeh Şahverdiyev bildirib ki, hələlik ekspertizanın yekun rəyi yoxdur: "Mən prokurora da, polis rəisinə də demişəm ki, qızımın özünü asma ehtimalı yoxdur. Afətin həyatından narazılığı olmayıb. Həmin gün də həyat yoldaşı ilə birlikdə banka gedib, gəliblər evə, 15 dəqiqə sonra bu hadisə baş verib. Meyitin şəkillərinə baxanda görünən izlər də onun özünü asmadığını deməyə əsas verir”.

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR