Astroloqların 2015-ci il üçün özünü doğruldan və doğrultmayan proqnozları – Müqayisə

Astroloqların 2015-ci il üçün özünü doğruldan və doğrultmayan proqnozları –  Müqayisə

Hər köhnə ilin sonunda astroloqların növbəti il üçün proqnozları açıqlanır.

Maraqlısı növbəti ilin sonunda bunlardan hansının həyata keçməsi və hansının özünü doğrultmamasıdır.

2014-cü ilin sonunda Nostradamusun 2015-ci il üçün 9 proqnozu açıqlanmışdı.İl bitir və onlara yenidən nəzər salmaq olar.1.Proqnoz: “ABŞ-da dəhşətli zəlzələ baş verəcək və bu humanitar fəlakətə səbəb olacaq”.Reallıq: ABŞ-da belə bir zəlzələ baş vermədi.2.Proqnoz: Almaniya və Fransada böhran olacaq. Dörd ölkənin liderinə qarşı sui-qəsd olacaq.Reallıq: Almaniyada yox, amma Fransada böhran bundan əvvəlki illərdə baş verdi və bu il həmin böhrandan çıxmaq üzrə tədbirlər görüldü.Sui-qəsdlərə gəldikdə isə, demək lazımdır ki, Ukrayna prezidenti Petro Poroşenkoya qarşı may ayında hazırlanan terror aktının üstü açılıb.Bundan başqa Maldiv ada dövlətinin Prezidenti Abdullah Yəminə sui-qəsd hazırlanıb. Sentyabrın 28-də Abdullah Yəminin katerində partlayış baş verib. Hadisə zamanı prezidentin özü xəsarət almasa da, həyat yoldaşı Fatimə İbrahim yaralanmışdı.3.Proqnoz: “Vergi anlayışı yoxa çıxacaq. Alimlər isə daimi cavanlığın eleksirini tapacaqlar”.Reallıq: Vergilərlə bağlı proqnoz ümumiyyətlə həyata keçməyən sayılır. Cavanlıq eleksiri də hələlik tapılmayıb.  

4.Proqnoz: “Bəşəriyyət ucuz elektrik enerjisi almağın yeni üsullarını tapacaq.  Çox güman ki, bu Günəş enerjisi olacaq. Bu dünya iqtisadiyyatına ciddi təsir göstərəcək”.

Reallıq: Alternativ enerji ilə bağlı araşdırmalar uzun müddətdir davam edir və o cümlədən Günəş enerjisindən istifadə də artıq bir neçə ildir aktualdır və sınaq kimi istifadə edilir.5.Proqnoz: “Bir çox şəhərlərdə sosial şərait yaxşılaşacaq. Maliyyə böhranı isə davam edəcək. Bunu artıq öz üzərində ABŞ daha çox hiss edəcək”.Reallıq: Bu proqnoz özünü doğrultmayan kimi sayıla bilər. Çünki 2008-ci ildə məhz ABŞ-da başlanan maliyyə böhranı artıq bu ölkə üçün geridə qalıb.6. Proqnoz: “Vezuvi vulkanı püskürəcək. Bu ilin sonunda və ya 2016-cı ilin əvvəlində baş verəcək. Bu böyük miqyaslı fəlakət olacaq, çoxlu sayda insan həlak olacaq. Çoxlu zəlzələlər baş verəcək, Yer kürəsi bir neçə gün qaranlıq olacaq”.Reallıq: Vezuvi vulkanının ilin sonunadək püskürüb, püskürməyəcəyini deyə bilmərik, amma Yer kükəsinin qaranlığa qərq olacağı proqnozu özünü doğrultmayıb.7.Proqnoz:  “İlin əvvəlində Yerə yeni məsih gələcək. O, cələcəkdə dünyanı zülmdən və əxlaqsızlıqdan qurtaracaq”.Reallıq: Bu barədə ümumiyyətlə bir şey deyə bilmərik.8.Proqnoz:  “2015-ci ilin əvvəlində Rusiyada yeni din yayılmağa başlayacaq və digər regionlara keçəcək. 2040-cıl ildə bu dünyada yeganə din olacaq”.Reallıq: Rusiyada belə bir dinin yaranması barədə heç bir informasiya olmayıb.9.Proqnoz: “2015-ci ilin ilk yarısında Yaxın Şərqdə  ciddi münaqişə baş verəcək, İran Türkiyəyə ultimatum göndərəcək. Yer kürəsi II dünya müharibəsi ərəfəsində olacaq”.Reallıq: Bu proqnozu həyata keçmiş hesab etmək olar. Suriyada müharibə, dünyanın aparıcı dövlətlərinin buna cəlb olunması, İranın Türkiyə ilə bu məsələdə mövqelərinin tam əks olması, deyilənlərə sübutdur.   Azərbaycanda proqnozlarla ötən ilin sonunda tanınmış astroloq Səbuhi Rəhimli çıxış edib. O, 2014-cü ilin sonlarında bir sıra mətbuat orqanına müsahibələrində 2015-ci illə bağlı proqnozlarını deyib.Proqnoz: “Gələn il Orta Asiya, Rusiya, Macarıstan, İtaliya, İspaniya, köhnə Yuqoslaviya, Latın Amerikası (Meksika və Braziliya xaric) daha aktiv olacaq. Bunların da hamısının önündə ərəb ölkələri gələcək”.Reallıq: Dünya mətbuatına nəzər yetirsək, yuxarıda adları qeyd edilən ölkələrdə ciddi aktivlik müşahidə edilmədiyinin şahidi olarıq. Yalnız Rusiya və ərəb ölkələrinə ilə bağlı deyilənlər özünü doğruldub.Proqnoz: “Azərbaycanda terror təxribatı olmayacaq”.Reallıq: Bu il həqiqətən də ölkədə terror hadisəsi baş vermədi.Lakin Bakıda iki binanın yanması hadisəsi baş verdi. Sonradan binalarda yanğının terror aktı kimi qiymətləndirənlər də oldu.Polislə müxtəlif silahlı qruplaşma və ya dəstələr arasında müxtəlif zamanlarda atışmalar olub. Belə hadisələrdən ən sonuncusu noyabrın 26-da Nardaran qəsəbəsində baş verib. Hadisə zamanı 2 polis şəhid olub, 5 radikal ektremist şəxs öldürülüb.Proqnoz: “Hazırki Milli Məclisin ən azı 40 faizi dəyişəcək”.Reallıq: 2015-ci il 1 noyabr tarixində keçirilən Parlament seçkilərindən sonra, əvvəlki illərdə deputat olmayan 27 yeni deputat Milli Məclisdə mandat qazandı. Proqnoza görə isə 50 yeni deputat olmalı idi.Astroloq Səbuhi Rəhimli Yeni qədəm qoyduğumuz 2015-ci illə bağlı maraqlı proqnozlar verib. O, Kəlbəcərli girovlar bu il qaytarılacağını, 4 nazirin öz postunu tərk edəcəyini, 15-ə yaxın icra başçısının dəyişdiriləcəyini proqnoz verib.Kəlbəcərli girovlar qaytarılmasa da, nazirlərlə bağlı proqnoz qismən özünü doğrultdu. Eldar Mahmudov və Əli Abbasov işdən azad edildilər. Bundan başqa il ərzində bir sıra rayonların icra başçıları dəyişdiriliblər.Proqnoz: “Əli İnsanovun həbsdən azad olunması yaza qədər baş verə bilər. Əgər olmazsa həbsdə qalmağı uzanacaq”.Reallıq: Keçmiş səhiyyə naziri hələ də həbsdədir.Proqnoz: “Son 40 ilin ən dəhşətli vulkanları baş qaldıracaq”.Reallıq: Astroloqun proqnozu həqiqətən də özünü doğruldub. Belə ki, bu ilin aprel ayında Çilidə Kalbuko vulkanı püskürüb. Bu son 40 ildə ilk dəfə qeydə alınan dəhşətli vulkan püskürməsi olub. Kalbuko vulkanının hündürlüyü 2000 metrdir. O, təhlükəlilik dərəcəsinə görə Çilidəki 90 aktiv vulkan arasında üçüncü yeri tutur.Proqnoz: “İranda çoxsaylı terror, rəsmilərə qarşı sui-qəsdlər baş verəcək”.Reallıq: İranda 2015-ci il ərzində belə hadisələr baş verməyib.Proqnoz: “Terrorun xarakteri dəyişəcək, daha çox kütləvi tədbirlər olan yerlərdə baş verəcək”.Reallıq: Astroloqun bu fikri ilə razılaşmaq mümkündür. Çünki, bu il ən böyük terror aktları kimi yaddaşlarda qalan Ankara və Paris hadisələri insanların kütləvi olduğu yerdə baş vermişdi.Sonda qeyd edək ki, prosesləri öncədən proqnozlaşdırmaq hər zaman astroloqların sevimli məşğuliyyətidir. Amma hər halda hər şey Allahın əlindədir. //gun.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...