“Aston Martin” VIP kateqoriyalı helikopter təqdim etdi - FOTO

“Aston Martin” VIP kateqoriyalı helikopter təqdim etdi - FOTO
 

İngiltərənin "Aston Martin” avtomobil şirkəti "Airbus” aviaşirkəti ilə birlikdə hazırladığı "ACH130 Aston Martin Edition” helikopterini təqdim edib.

Sfera.az  xəbər verir ki, VIP kateqoriyalı hava gəmisinin təqdimetmə mərasimi məşhur Kurşevel dağ-xizək kurortunda keçirilib.

 

"Bunu cəsur əməkdaşlıq adlandırmaq olar. Bu bizim eksperiment ənənələrimizə uyğundur”, - "Airbus Corporate Helicopters”in rəhbəri Frederik Lemos bunu deyib.

Helikopter dörd dizayn variantında hazırlanacaq – "Stirling Green”, "Xenon Grey”, "Arizona” və "Ultramarine Black”. Bundan əlavə alıcıları "Aston Martin”dən premium-dizaynlı, dəri örtüklü oturacaqlarla təchiz olunmuş salon gözləyir.


OXŞAR XƏBƏRLƏR