Astaranın qədim müalicəvi hamamının təmirə ehtiyacı var - VİDEO

Astaranın qədim müalicəvi hamamının təmirə ehtiyacı var - VİDEO

Astarada qorunaraq bu günümüzə qədər gəlib çıxan tarixi abidələr sırasında hamamlar da var. Belə tarixi hamamlardan biri də Ərçivan qəsəbəsində yerləşən Kərbəlayi Həmid Abdulla hamamıdır. 

 "O olmasın, bu olsun” bədii filmindən bu səhnə yəqin ki, hamının yadındadır:

- Yayın istisində harada sərinlənmək olar?

- Hamamda.

- Qışın soyuğunda harada qızınmaq olar?

- Hamamda.

Hamam mədəniyyəti lap qədimdən məişətimizin ayrılmaz hissəsi olub. Cənub bölgəsində onlarla belə tikili var. Hamamlardan ən qədimi isə Astaranın Ərçivan qəsəbəsindədir. Bu hamam 1806-cı ildə Kərbəlayi Həmid Abdulla tərəfindən tikildiyi üçün elə onun adını daşıyır. 8 günbəzdən ibarət olan hamam yumurta sarısı və ocaq külünün qarışığından hazırlanan məmulatla çiy kərpicdən tikilib. Hamamda həftənin iki günü qadınlar, qalan günlər isə kişilər çimirmiş.

Baku TV əməkdaşları hamamın indiki vəziyyəti ilə maraqlanmaq üçün orada olub.

Hamamın mühafizəçisi Baloğlan Xudadadov bildirib ki, hamamda qazanxananın 2 metr, yuyunma yerinin isə 1.5 metr dərinlikdə olması diqqət çəkir:

"Hamamı isitmək üçün, əsasən, odundan istifadə edilib. Tüstünün çölə çıxdığı kanallar hamamın hücrələrindən birinin döşəməsi boyu keçərək əlavə isitmə funksiyasını da daşıyıb.

Bu hamam karvan yolunun üzərində yerləşdiyindən buradan yorğun səyyahlar və tacirlər də yararlanıb. Hamam ötən əsrin 80-ci illərinə qədər fəaliyyət göstərib. Bu hamamın işıqlanma sisteminə gəlincə, günbəzlərin tikilməsi işıqlandırma üçün olub. Gecələr isə şam işığından istifadə edilib.

Qəsəbə sakini Əsədulla Musayev hamamın müalicəvi əhəmiyyətli olduğunu qeyd edib:

"Hər kəsin evində hamam var. Amma bu hamamın müalicəvi əhəmiyyəti var. Ağrıları olan yaşlı insanlar gəlib burada müalicə olunurdu. Çünki bu hamamda istidən nəfəs almaq mümkün olmurdu”.

Qeyd edək ki, Şərq üslubunda tikilən və ötən əsrin sonlarına kimi fəaliyyət göstərən hamama 2001-ci ildən Nazirlər Kabinetinin qərarı ilə tarixi abidə statusu verilib. Hamam uzun müddət təmir olunmadığı üçün günbəzlərindən bir neçəsi dağılıb. Tariximizin bir parçası olan bu qədim mədəniyyət nümunəsinin indi əsaslı təmirə ehtiyacı var. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...