Astarada qanunsuz ov edənlər saxlanıldı

Astarada qanunsuz ov edənlər saxlanıldı
Astarada qanunsuz ov edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Kələdəhnə kəndi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri - M.Rüstəmov və N.Rüstəmov saxlanılıblar.

Onlardan qanunsuz olaraq ovladıqları 12 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

OXŞAR XƏBƏRLƏR

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...