No Image
No Image

Astarada evi tərk edən koronavirus xəstəsini polis saxladı

Astarada evi tərk edən koronavirus xəstəsini polis saxladı
 Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini Vüqar Dadaşova Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb

Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Covid-19 infeksiyasının daşıyıcısı olan V.Dadaşovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR

Füzuli rayonunda minaya düşmüş şəxslərin ölümlərindən əvvəl çəkdikləri son VİDEO

Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota” markalı avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşərək həl...

Bayraqla rəqsinə görə qovulan tələbə universitetə bərpa olunub - FOTO

Bayraqla rəqs etdiyi üçün qovulan tələbə universitetə bərpa olunub.  Bu barədə sosial şəbəkədə məlumat yayılıb.    Bakı Dövlət Universitetinin...

Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçılmaz edəcək. Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev d...

Zori Balayanın oğlu Şuşa döyüşündən danışdı: “Bu, əfsanəvi əməliyyat idi”

"Ötən müharibədə biz Şuşanı götürəndə Azərbaycan tərəfdən hər hansı bir xəyanətin olmasıyla bağlı bir şey eşitmədim”. Sfera.az xəbər verir ki, bu sözləri Mk.ru...

Tahir Salahovun xanımı dünyasını dəyişdi

 Dünya şöhrətli rəssam Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bu barədə  Azərb...

Yaralanıb 10 gün sonra döyüşə gedən komandir - VİDEO

 İkinci Qarabağ müharibəsinin başlaması ilə mayor Zaur Rəhimovun da arzusu reallaşıb. Azərbaycanın haqq savaşında öz döyüş yoldaşları ilə birgə qəhrəmancas...