“Astara Çay” KMDF-ə könüllü ianə edib

“Astara Çay” KMDF-ə könüllü ianə edib

"Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Astara Çay” MMC tərəfindən könüllü ianə edilib.

Bu barədə "Report”a "Astara Çay” MMC-dən məlumat verilib.

Məlumata görə, şirkət, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 100 min manat məbləğində maliyyə vəsaiti köçürüb.

"Astara Çay” MMC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.


OXŞAR XƏBƏRLƏR