Assanjın taleyi gələn il məlum olacaq
17:02 / 14.06.2019
2029
"Wikileaks” saytının qurucusu Culian Assanjın taleyi gələn ilin fevral ayında həll ediləcək.
Virtualaz.org RT-yə istinadən xəbər verir ki, Britaniya məhkəməsi onun ABŞ-a ekstradisiya məsələsinə 2020-ci ilin fevral ayında baxacağını bildirib.
Xatırladaq ki. dünən Britaniya hökuməti Assanjın ABŞ-a ekstradisiyasına etiraz etmədiyini bildirmişdi.