AŞPA komitəsinin onlayn iclasında gender bərabərsizliyi müzakirə olundu

AŞPA komitəsinin onlayn iclasında gender bərabərsizliyi müzakirə olundu
 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iyunun 5-də onlayn formatda iclası baş tutub.

Sfera.az  xəbər verir ki, pandemiya dövründə qadın hüquqlarının qorunmasının vacibliyinə həsr olunan virtual toplantıda "Qadınların səlahiyyətlərinin artırılması, Avropada arzuolunmaz hamiləliyə qarşı xidmətlərin təşviqi”, "Xarici siyasətin gender ölçüsü”, "Süni intellektin istifadəsi nəticəsində yaranan ayrı-seçkiliyin qarşısının alınması” kimi aktual mövzuları əhatə edən məruzələr dinlənilib.

 

Uzunmüddətli perspektivdə pandemiyanın qadınların səhhətinə, hüquq və azadlıqlarına təsirinin bütün cəmiyyətlərə zərər verə biləcəyi vurğulanıb.

İclasda ölkəmizi təmsil edən deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva "Böhran və pandemiya dövründə insan haqlarının qorunması: bərabərlik və ayrı-seçkilik hüququ”nun müzakirəsi zamanı fikirlərini bölüşüb. 

O bildirib ki, "COVİD-19” gender bərabərliyi kimi aktual mövzunu ən azı 50 il geriyə atıb: "Təəssüflər olsun ki, mövcud təcrid və məhdudlaşdırma siyasəti bəzi cəmiyyətlərdə qadınlar üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub”.

Azərbaycanın pandemiya dövründə gender əsaslı zorakılığa dair BMT Baş Katibinin çağırışına qoşulan 146 ölkədən biri olduğunu qeyd edən deputat vurğulayıb ki, bu gün bütün dövlətlər mövcud böhranın daha da böyüməsinin qarşısını almaq istiqamətində çalışmalıdır.

K.Nurullayeva 

"Aİ BMT Məlumatlandırma Təşəbbüsü”nün (EU-UN Spotlight Initiative) bu məsələyə reaksiya baxımından vacib əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.

"Ayrı-ayrı ölkələrdə investisiyaların miqyasını genişləndirmək üçün daha çox maraqlı tərəflərə, o cümlədən özəl təşkilat və vətəndaş cəmiyyəti üzvlərinə çağırış etməyin vaxtıdır” deyən K.Nurullayevanın qənaətincə, bu təşəbbüs qadınların bacarıqlarını nümayiş etdirmək, yeni iş yerlərinin yaranması, eyni zamanda qadınların müdafiəsini təmin edəcək digər qlobal fəaliyyətlərin yerinə yetirilməsi üçün zəruri maliyyə təminatı ola bilər. Bu isə nəticə etibarı ilə zərif cinsin nümayəndələrinin cəmiyyətdəki mövqeyinin müdafiəsinə ən böyük dəstəkdir.

 


OXŞAR XƏBƏRLƏR

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...