Aşkarlanmış kütləvi məzarlıqda kimlər basdırılıb? – “Ola bilsin ki...”

Aşkarlanmış kütləvi məzarlıqda kimlər basdırılıb? – “Ola bilsin ki...”
"Azərbaycan bununla bağlı BMT Təhlükəsizlik Şurasına, Beynəlxalq Cinayət Məhkəməsinə ərizə təqdim etməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanmasına münasibət bildirərkən, beynəlxalq hüquq eksperti Fərhad Mehdiyev deyib:
 
"Ola bilsin, kütləvi məzarlıqda tapılan meyitlər Xocalıda qətlə yetirilmiş şəxslərə məxsusdur. Bu, bir soyqırım aktıdır. İtkin düşmüş şəxslərin qohumlarından DNT analizi götürülməlidir”.
 
Həmsöhbətimiz aşkarlanmış faktla bağlı İrəvanı beynəlxalq məhkəməyə verməyin yollarını da göstərib:

"Buna görə Ermənistanı birbaşa beynəlxalq məhkəməyə verə bilməyəcəyik. Soyqırım cinayəti törədən şəxslərin beynəlxalq məhkəməyə verilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsi üzrə "Roma statusu”nu imzalamalıyıq. Amma nə Azərbaycan, nə də Ermənistan bunu etməyib. Ya da bununla bağlı Beynəlxalq Cinayət Məhkəməsində baxılması üçün BMT Təhlükəsizlik Şurası qərar verməlidir. Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru öz təşəbbüsü ilə bu işə girişməlidir. Azərbaycan kütləvi məzarlıqlarda tapılan cəsədlərin şəxsiyyətini müəyyənləşdirdikdən sonra Ermənistan barədə tədbirlər görülməsi üçün yuxarıda qeyd etdiyim platformalara ərizə təqdim etməlidir”.
 
Elçin
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yoluxanların bu günə olan statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabin...

“Omicron” ştamı dünyaya nə vəd edir?

Xəbər verdiyimiz kimi, ilk dəfə Cənubi Afrikada aşkar edilən COVID-19-un "Omicron" ştamı bütün dünyada yayılmağa davam edir. Sfera.az xəbər verir ki, "Omi...

Azərbaycanda daha 1 617 nəfər koronavirusa yoluxdu, 22 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1617 yeni yoluxma faktı qeydə alınıb, 1979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...

XİN rəhbərindən Soçi görüşü ilə bağlı AÇIQLAMA

"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edil...

Dünya Tibb Assosiasiyası xəbərdarlıq etdi: “Yeni koronavirus Ebola qədər təhlükəli ola bilər”

Dünya Tibb Assosiasiyasının (WMA) rəhbəri Frank Ulrix Montqomeri koronavirusun yeni növünün təhlükəsini Ebola ilə müqayisə edib. Sfera.az "RİA Novosti”yə ...

Küçə ticarəti ilə məşğul olanlar cərimələnir - FOTOLAR

Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən bi...