Asan qazanc hərisliyi COVID-19-dan daha yaşlı və qorxuludur - ARAŞDIRMA

Asan qazanc hərisliyi COVID-19-dan daha yaşlı və qorxuludur - ARAŞDIRMA
 

Hər gün, demək olar ki, hamımız yeni koronavirus ilə qlobal mübarizənin gedişində gözlənilməz dəyişiklikləri anlaşılan maraqla izləyirik. Xəbərlərdə yoluxanların və ölənlərin sayını bildirən rəqəmlər kədərli bir mənzərə yaradır, eyni zamanda sağalan insanlar haqqında məlumatlar bu mənzərəni dağıdaraq pandemiyanın tezliklə bitəcəyi ilə bağlı ümidləri günbəgün artırır.

Bu mənzərənin fonunda digər bəlalar, hətta virus geri çəkildikdən sonra gözlənilən qlobal iqtisadi böhran belə ikinci plana keçir. Bəzisi insanlar üçün daha təhlükəli və davamedici olan digər problemlər isə, demək olar ki, xatırlanmır.

Texniki əhəmiyyətli dövlət ərazilərinin, çox vaxt radioaktiv çirklənmiş və sağlamlıq üçün təhlükəli olan torpaqların zəbt olunması və satışı, artıq bir neçə ildir ki, azərbaycanlılar üçün problemə çevrilib. Biz COVID-19 ilə mübarizədə alimlərin həll yolu tapacağına və bu virisun nəticələrinin ona yoluxanların böyük hissəsi üçün o qədər də acınacaqlı olmayacağına əmin olsaq da, təəssüf ki, bunu neft quyuları, boru kəmərləri, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığındakı qanunsuz tikililərdə yaşayan vətəndaşlarımızın de-fakto məhkum olduğu xəstəliklər barədə deyə bilmərik. Bu gözə görünməyən, dərhal meydana çıxmayan və adi virusdan fərqli olaraq daha uzun inkubasiya dövrünə malik olan təhlükəli fon heç düşmənə də arzulanmayan ağır xəstəliklər törədir. Çox vaxt onlardan asanlıqla yaxa qurtarmaq mümkün olmur. Bəlkə də ümumiyyətlə yaxa qurtarmaq olmur…

 

 

Təəssüf ki, belə əraziləri ələ keçirən, orada qanunsuz tikinti işləri aparan, sonra da həmin tikililəri təhlükədən xəbərsiz vətəndaşlara satan əliəyri işbazların yoluxduğu məsuliyyətsizlik virusu indiki virusdan daha yaşlıdır. O pandemiya forması almasa da, ona yoluxanların sayı, kifayət qədər çoxdur.

 

 

Son onilliklərdə bu biznesin oliqarxına çevrilən və böyük maliyyə imkanlarına malik olan adamlar meydana çıxmışdır.

Buna bir misal gətirək.

Apadığımız təhqiqatlar göstərdi ki, Cəbrayılov Azər Balababa oğlu adlı bir nəfər H.Z. Tağıyev adına neft-qazçıxarma idarəsinin ərazisində 30-dan artıq qanunsuz tikili salıb.

Müvafiq məsul strukturların müdaxiləsi qarşıdurmaya gətirib çıxarıb. Beləliklə, Azər Cəbrayılov ətrafına yığdığı adamlar vasitəsilə qanunsuz tikinti prosesinin dayandırılmasına mane olmağa çalışıb və nəticədə binaların damları örtülüb ki, bu da qanunla ilkin söküntünü imkanslz edir və məhkəmə qərarının alınmasını labüdləşdirir.

 

 

Bəzi hallarda yarımtikililərin yarısı sökülüb, amma yenə də, digər hallarda bu adam həmin "alət” vasitəsilə öz məqsədinə nail olub – süni şəkildə qarşıdurma yaradıb.

İndi sağlamlıq üçün təhlükəli zonaların qonşuluğunda yerləşən bu evlərdə onları gözləyən təhlükədən bixəbər olan ya da onu anlamayan insanlar uşaqları ilə birlikdə yaşayırlar. Hər gün, hər saat yaxınlıqdakı neft quyularının radiasiyalı təsirinə məruz qalan insanların tədricən düçar olacağı xəstəliklərindiki virus ilə müqayisəyə belə gəlməz. Bu xəstəliklərin fəsadları isə illərlə davam edəcək, çox vaxt da ömürləri qısaldacaq …

Təəssüf ki, belə hallar getdikcə artır.

(ardı var)


OXŞAR XƏBƏRLƏR