Arzuman Abdulkərimov terrorçularla bağlı güc strukturlarına müraciət etdi
Hilal təşkilatının sədri Arzuman Abdulkərimov İrana, o cümlədən İŞİD-ə xidmət edən terrorçularla bağlı ölçü götürülməsi üçün facebook sosial şəbəkəsi vasitəsilə güc strukturlarına müraciət edib:
"İran molla rejiminə sığınan bir dəstə xəyanətkar "azərbaycanlı”nın idarə etdiyi nuraz.com saytı bir mənalı şəkildə Azərbaycanda terrorçuluğu dəstəkləyir. İğtişaşlar yaratmaq istəyir.
Belə ki, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərovun İranda terrorçu kimi təlim keçdiyini göstərən video materiallar saytda öz əksini tapıb. Eyni zamanda sayt Yunisi milli qəhrəman kimi qələmə verib.
Məsələnin digər tərəfi isə həmin yazının şərh bölümündə Yunisi qəhrəman kimi görənlərin şərhləri yer alır. Onların əksəriyyəti Azərbaycanda yaşayır. Bəs görəsən güc strukturlarımız hara baxır? Niyə bu satqınlar haqqında ölçü götürmürlər? Mən güc strukturlarından tələb edirəm: Bu şərəfsizlərin əl ayağını yığın! Əks halda milliyyətçi kəsimi təmsil edən insanlar bu satqınları özləri cəzalandırmalı olacaqlar.
Bu arada, dünən sosial şəbəkələrdə özlərini İŞİD terror təşkilatının Azərbaycan qolunun üzvləri adlandıran bir qrup terrorçunun görüntüləri də yayılıb. Onlar İŞİD rəhbəri Bağdadiyə biət etdiklərini və onun əmrləriniə tabe olacaqlarını bildiriblər.
Ayıq olmalıyıq!”