Arzu Nağıyev: Xalq dövlət başçısına inanır və bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir

Arzu Nağıyev: Xalq dövlət başçısına inanır və bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində koronavirusla mübarizə çərçivəsində ölkədə aparılan tədbirlərlə bağlı danışdı. Bu cür əhəmiyyətli və vacib tədbirlərdən biri də sahibkarlara 1 milyard manatın ayrılmasıdır.

Sfera.az xəbər verir ki, bunu trend-ə açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu vəsaitin ayrılması xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarların ziyan çəkməsinin qarşısını almaq və onlara dəstək olmaqdır:

"Bu vəsaitin şəffaf bölünəcəyi və heç bir sahibkarın ziyan çəkməyəcəyinə əminəm. Xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Vəsaitin ayrılmasına Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi nəzarət edəcək və vəsaitin xərclənməsi barədə ictimaiyyətə də məlumat veriləcək".

A.Nağlyev, həmçinin bildirib ki, Azərbaycan xalqının adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək:

"Azərbaycan xalqının həssas nümayəndələri də var. Onlar, əsasən təqaüdçülər və 65 yaşdan yuxarı olan şəxslərdir. Bu şəxslərin diqqətdə saxlanılması üçün sosial paketlər həyata keçirilməlidir. Bunun üçün yəqin ki könüllülərdən də istifadə olunacaq. Bu istiqamətdə də müvafiq addımların atılması çox vacibdir. Təqaüdlərin, sosial yardımların vaxtında verilməsi də əsas məqamlardandır".

Millət vəkili vurğulayıb ki, bu prosesdə, əsasən ön cəbhədə olan həkimlərə diqqət yetirilməsi daha vacibdir: "Bununla bağlı dövlət başçısının müvafiq qərarı oldu və onların məvaciblərinin artırılması istiqamətində tədbirlər görüldü. Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar. Dövlət başçısının xüsusi qeyd etdiyi kimi, Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Bütün bu addımlar onu göstərir ki, xalq dövlət başçısına inanır və bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir".


OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...