Arxeoloqlar ən qədim insan məzarını tapdılar - FOTO

Arxeoloqlar ən qədim insan məzarını tapdılar - FOTO
Arxeoloqlar Afrikada həyata keçirdikləri qazıntı işləri əsnasında qitədəki ən qədim insan məzarını aşkar ediblər. 
 
Sfera.az xəbər verir ki, qazıntılarda tapılan sümüklərin təxminən 78 min il əvvəl dəfn edilmiş 3 yaşlı uşağa məxsus olduğu açıqlanıb.

Detalları "Nature" jurnalında yayımlanan araşdırmada qazıntı işlərinin Keniyanın cənub-şərqində yerləşən Panga ya Saidi mağarasında aparıldığı qeyd olunub.

2013-cü ildə aparılan qazıntı işlərindən sonra ilk qalıqları aşkar edilən sümüklərin olduqca həssas vəziyyətdə olduğunu bildirən arxeoloqlar sümükləri zərər görmədən tapıldıqları bölgədən çıxarmağın 4 ildən çox çəkdiyini bildiriblər.

Sümüklərin olduğu sahəni 40 santimetr diametrində, 13 santimetr dərinliyində olan blok formasında çıxararaq qoruyucu vasitələrlə əhatə edən arxeoloq heyəti həmin hissəni araşdırılması üçün Nairobi Milli Muzeyinə göndərib.

Qalıqları əhatə edən torpaq qatı 3D rentgen aparatı ilə daha ətraflı araşdırılmaq üçün İspaniyadakı xüsusi laboratoriyaya təqdim edilib. 

Tədqiqat nəticələri sümüklərin dizlərini qarnı istiqamətinə çəkərək sağ çiyni üzərində uzanmış vəziyyətdə tapılan və təxminən 78 min il öncə kəfənləndikdən sonra basdırılan uşağa məxsus olduğunu ortaya çıxarıb.

Dəfn edilmiş uşaq cəsədinin yanında məişət alətlərinə də rast gələn araşdırmaçılar dəfn mərasiminin qarışıq ölüm ritualından xəbər verdiyini bildiriblər.
Almaniyanın Maks Plank Universitetinin tarix üzrə professoru Maykl Petraglia tapıntının Afrikada tapılan ən qədim insan qəbri olduğunu bildirib. O, bu kəşfi fövqəladə hadisə olaraq xarakterizə edib.
 
Qeyd edək ki, arxeoloqlar əvvəllər qitənin müxtəlif yerlərində aparılan tədqiqat işlərində 74 min illik tarixə sahib məzar tapmışdılar.

Əzizə 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...