Arvadını Maltada öldürmək üçün killer axtaran azərbaycanlı kimdir? - TƏFƏRRÜAT

Arvadını Maltada öldürmək üçün killer axtaran azərbaycanlı kimdir? - TƏFƏRRÜAT
Maltada yaşayan azərbaycanlı qadın yerli hüquq-mühafizə orqanlarına müraciət edərək ərinin onu öldürmək üçün killer tutduğunu bildirib. 
 
Virtualaz.org "The Times of Malta” nəşrinə istinadən xəbər verir ki, ötən həftənin cümə günü prokurorluq tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən qadın boşanma prosesində olduğu ərinin onu qətlə yetirmək planlarını aşkar edib.
 


Prokuror Piter Pol Zammit tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə "qorxmuş və həyacanlı vəziyyətdə olan” qadının ərinin bu planını necə aşkarladığı təsvir olunur. Bildirilir ki, qadının əri onun əməkdaşı olduğu təxmin edilən azərbaycanlı ilə  arvadını öldürmək üçün Maltada killer tutması barədə söhbət aparıb. Qadın hakim Yan Farrugiaya təqdim etdiyi ərizəsinə iki videofayl da əlavə edib. Həmin videofayllarda bir nəfər azərbaycanlı bildirir ki,  qadının ondan ayrı yaşayan əri qətl planını onunla müzakirə edib. Bu şəxs bildirir ki, qətlə görə Azərbaycandan ona böyük məbləğdə pul təklif ediblər.

Plana əsasən muzdlu qatil qadını öldürməli və daha sonra Maltadan qaçmalı idi. Videoda azərbaycanlı bildirir ki, qadının əri ilə yaxın münasibətləri olub. Və o, arvadı ilə olan problemlərdən danışıb. Adı açıqlanmayan bu azərbaycanlının sözlərinə görə, ər arvadından yaxa qurtarmaq, yəni onu öldürmək istəyir və bunun üçün sanballı məbləğ ödəməyə hazırdır.

Qadın habelə bildirir ki, həmin azərbaycanlının onun yanına gəlişindən bir neçə ay əvvəl mənzilinə gizli kamera və səsyazan qurğu yerləşdirilib. Həmin qurğu və müvafiq fotolar araşdırma üçün məhkəməyə təqdim olunub.

Mənbələr "Times of Malta” nəşrinə deyiblər ki, ər-arvadın arasında problemlər bir neçə ildir davam edir. Məhkəmə araşdırmaları barədə sorğunun verilməsi məhkəməyə  istənilən sübutları əldə edib saxlamaq və həmin xarici vətəndaşı (azərbaycanlını) dindirmək üçün Maltaya çağırmaq səlahiyyəti verir. Qadının ondan ayrı yaşayan əri tərəfindən öldürülməsi planına görə təqsirləndirilən şəxs 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...