“Arvadını boşayanda onu evimə çağırıb…” – Elarizlə Samir arasında qalmaqal

“Arvadını boşayanda onu evimə çağırıb…” – Elarizlə Samir arasında qalmaqal
 Müğənni Samir Piriyevlə Elariz Məmmədoğlu arasında qalmaqal yaşanıb.

Buna səbəb Samirin Elarizin ünvanına səsləndirdiyi ittihamlardır.

Pressaz.com xəbər verir ki yenicag.az-a açıqlama verən E. Məmmədoğlu qarşı tərəfi yalan danışmaqda günahlandırıb:

"Samir Piriyev yalan danışır. Mən onu evimə dəvət edib, Kamranla şərik olduğu biznes barədə söhbət etməmişəm. Samirin yadındadırsa, həmin ərəfədə birinci həyat yoldaşından boşanmışdı, depressiya yaşayırdı. Mən onunla görüşdüm, evimə dəvət etdim ki, təsəlli verim, mənəvi köməklik göstərim. Qaldı ki, Kamran Həsənlini müdafiə etməyimə, Kamran heç kimi məcbur etməyib ki, onun biznesinə şərik olsun. Onun bu işdə günahı yoxdur. Həmin vaxt biznes iflasa uğradı, elə özü də ziyana düşdü. O ərəfədə Kamran mənə də biznesinə şərik olmağı təklif etmişdi. Hətta buna görə evimi də satlığa qoymuşdum, müştəri də çıxmışdı. Onda Kamrana dedim ki, evimi satıram, o, mənə qəti etiraz etdi. Dedi ki, biznes iflasa uğrayıb, nəbadə evini satasan. Pis insan olsaydı, elə mənə də pislik edib, evimi satdırardı”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR