“Arvadı olmağa hazır idim, amma Arif boşanmadı…” - 16 illik gizli sevgi

“Arvadı olmağa hazır idim, amma Arif boşanmadı…” - 16 illik gizli sevgi
Rusiyanın xalq artisti, kino və teatr aktrisası Tatyana Vasilyeva azərbaycanlı iş adamı Arif Ələkbərovla 16 illik gizli münasibətindən danışıb. 
O, NTV-də yayımlanan "Секрет на миллион” proqramına qonaq olarkən ilk evliliyindən sonra Moskva Satirik Teatrının sponsorlarından olan A. Ələkbərovla uzun illər sevgi münasibətində olduğunu açıqlayıb.  Aktrisa bildirib ki, sevgilisi Bakıda yaşayıb, tez-tez onu görmək üçün Moskvaya gəlib. T. Vasilyeva həmin şəxsin evli olduğunu, ona bahalı hədiyyələr gətirdiyini vurğulayıb:

"Heç vaxt mənim şəxsi həyatıma qarışmayıb. Mən indi onu tez-tez xatırlayıram. Arvadı olmağa hazır idim, ancaq Arif boşanmadı və bizim evliliyimiz alınmadı. Onun iki övladı var idi, xanımı isə bizim sevgimizdən xəbərdar olmuşdu”.  

Tanınmış aktrisa qeyd edib ki, bir neçə il sonra Arif Ələkbərovla münasibətləri pozulub. Daha sonra Tatyana ikinci dəfə ailə həyatı qurub. 

Lakin iş adamı yenidən Moskvaya qayıdır və ikinci əri teatr ulduzunun onunla münasibətini öyrənir. Nəticədə, Tatyananın ailəsi növbəti dəfə dağılıb. 

Proqramın aparıcısı Lera Kudryavtseva efirdə A. Ələkbərovla bağlı süjet yayımlayıb.  Biznesmenin oğlu danışaraq atasının 2018-ci ildə insultdan öldüyünü bildirib. 

Tatyana Vasilyeva isə bu xəbərə görə çox kədərlənib. Hətta proqramda azərbaycanlı iş adamının aktrisaya verdiyi ilk hədiyyəsi də nümayiş olunub. Tatyana Arifin ona şal bağışladığını söyləyib. "Qafqazinfo” 




OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...