Arvadı ilə mübahisə etdi, özünü binadan atdı

Arvadı ilə mübahisə etdi, özünü binadan atdı
Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

Badisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Hüseynov Natiq Nadir oğlu həyat yoldaşı ilə mübahisə etdikdən sonra intihar etmək qərarına gəlib. O, Bakıxanov dağı kimi tanınan ərazidən özünü yerə atıb. N.Hüseynov baş-beyinin silkələnməsi, sol təpə gicgah nahiyəsinin geniş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.(apa)

OXŞAR XƏBƏRLƏR