Arutyunyan Moskvadadır? - Səfirlikdən açıqlama

Arutyunyan Moskvadadır? - Səfirlikdən açıqlama
Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etdiyi barədə xəbərlər tirajlanıb.

Sfera.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, son günlər erməni KİV-i tərəfindən "Artsax Respublikasının vəzifəli şəxslərinin” Rusiyaya "işçi səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

"Səfirlik bir daha vurğulayır ki, adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirlər və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslər ilə görüşürlər, belə səfərlər yalnız şəxsi xarakter daşıyır və rəsmi qəbul edilmir, onlarla Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər-hansı siyasi məsləhətləşmələr aparılmır.

Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədini daşıyır".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident bugünkü şəhidlərimizlə bağlı tapşırıq verdi

"Möhtərəm cənab Prezident tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralanan hərbi qulluqçularımız...

Bakı Moskva və İrəvanın razılığını aldı - Rus ekspert

Azərbaycan Qarabağ mövzusunu keçmişdə qoydu, bu mövzunu danışıqlar masasından çıxardı, sərhədlərin delimitasiyasına başlanılması barədə Ermənistan və Rusiyanın ...

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

Vətən müharibəsindən sonra Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib. Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev b...

Şuşa azad ediləndən sonra Xankəndidə cəmi 7 nəfər qalıbmış...

Azərbaycan Ordusu Şuşanı işğaldan azad edəndə və Rusiya sülhməramlıları bölgəyə daxil olanda Xankəndidə 7 nəfər qalmışdı. Sfera.az xəbər verir ki, bunu "K...

Əliyevlə Paşinyanın görüşündə nədən danışılacaq?

"ATƏT-in Minsk qrupu çərçivəsində İlham Əliyevlə görüşə hazıram”. Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zam...

“Bu necə ölkədir, mən belə bir şey görməmişəm?!” - Ermənistandakı rus komandir

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının komandiri, polkovnik Dmitri Ovçarov Ermənistan ordusundakı qarışıqlıqdan, rus hərbçilərinə hörmətsizlikdən şikayətl...