Arutyunyan erməniləri qələbə üçün dua etməyə səslədi
12:55 / 22.10.2020
1765
Əli hər yerdən üzülən qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan qələbə üçün inamın lazım olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bu barədə o, videomüraciətində deyib.
O, kilsələrdə dua etməyə səsləyib və bildirib ki, hər bir erməni səhər yuxudan oyananda qələbə üçün dua etməlidir.
"Cəbhəyə yollanın, bu məsələni uzatmayın. Cəbhə xəttində sizi gözləyirlər”, - deyə Arutyunyan ermənilərə üz tutub.
(unikal.org)