“Artıq pandemiyanın dinamikası nəzarət altındadır” – “Yazın gəlişi ilə...”

“Artıq pandemiyanın dinamikası nəzarət altındadır” – “Yazın gəlişi ilə...”
Yaz fəslininin yaxınlaşması ilə mövsümi infeksion xəstəliklərin artması gözlənilir. Bu isə koronavirusa yoluxmada da çoxalmanın olacağı ilə bağlı narahatlıqları artırır.
 
Hətta mart ayının ortalarından etibarən yoluxmanın yenidən pik həddə çatacağı və sərt karantin rejiminin tətbiqi kimi məsələlər də gündəmdədir.
 
Maraqlıdır, doğurdan da növbəti ay üçün riskli vəziyyət gözlənilirmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan professor Adil Qeybulla narahatlığa əsas olmadığını və vəziyyətin daha da stabilləşəcəyini bildirib:

"Yaz-yay aylarında koronavirusa yoluxmada artımın olması ilə bağlı çox müzakirələr gedir. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də bildirdi ki, artıq pandemiyanın dinamikasını nəzarət altına almaq mümkün olub. Yəni, bu o deməkdir ki, xəstəliyi lokallaşdırmaq üçün imkanlar var.
 
Hesab edirəm ki, vaksinasiya uğurla həyata keçirilsə biz qarşıdakı aylarda yoluxmanın daha da azaldığını görəcəyik, nəinki artımın olmasını...".
 
Sfera.az
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR