ARTİ qrant müsabiqəsinin qalibi oldu

ARTİ qrant müsabiqəsinin qalibi oldu
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) "Logistika və nəqliyyat” ixtisaslaşmasının təşkili ilə bağlı keçirilən, ümumi məbləği 228.000 AZN olan qrant müsabiqəsinin qalibi olub.

Sfera.az xəbər verir ki, proqram çərçivəsində "Logistika və nəqliyyat” ixtisaslaşması üzrə tədrisin məqsədi təchizat zənciri, logistika və nəqliyyat sahəsində dünyada və ölkədə dinamik əmək bazarının yaratdığı yeni tələblərə uyğun mütəxəssislərin hazırlanması, nəqliyyat və logistika sahəsində müasir təcrübələrin mənimsənilməsidir. Tədris proqramının hədəfi ölkənin inkişaf perspektivləri və imkanları nəzərə alınmaqla, bu sahədə yüksək ixtisaslı kadr təminatının həyata keçirilməsi, dayanıqlığının təmin olunması, tədris-metodik və maddi-texniki bazasının müasirləşdirilməsidir.

ARTİ tərəfindən layihə çərçivəsində tədrisin yüksək səviyyədə təmin edilməsi məqsədilə təchizat zənciri, logistika və nəqliyyat sahəsində ixtisaslaşmış  yerli və xarici müəllimlərin cəlb olunması, logistika və nəqliyyat ixtisaslaşması üzrə yeni məzmunun hazırlanması, tədris metodik vəsaitlərin (sillabusların, dərsliklərin, dərs vəsaitlərinin, metodik vəsaitlərin və göstərişlərin) hazırlanması, təlim komponenti – yerli müəllimlərin logistika və təchizat zənciri sahəsində yerli və xarici təlimlərdə iştirakının təşkili kimi fəaliyyətlər həyata keçiriləcək. Bundan əlavə, tədrislə bağlı maddi-texniki bazanın formalaşdırılması, logistika və təchizat zənciri sahəsində tədris yönümlü proqram təminatının təchiz edilməsi, tələbələr üçün dərsliklərin və tədris materiallarının nəşri, fakültativ intensiv ingilis dili tədrisinin təşkili də nəzərdə tutulub.

"SABAH Magistratura” proqramı çərçivəsində ARTİ tərəfindən hazırlanacaq qrant vəsaitlərindən istifadə olunmaqla tədris proqramının sonunda logistika və nəqliyyat sahəsinin idarəedilməsi, təhlili, risklərin qiymətləndirilməsi, sahəyə uyğun informasiya texnologiyalarının tətbiqi kimi bilik və bacarıqlara malik kadrlar hazırlanacaq.

Layihə komandasına müvafiq sahə üzrə xaricdə təhsil almış və hazırda dünyanın aparıcı şirkətlərində çalışan azərbaycanlı gənc mütəxəssislər də cəlb olunub.  

Qeyd edək ki, qrant layihəsinin icra müddəti 1 ildir.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...