“Arsenal” tarixinin ən bahalı transferini etdi

“Arsenal” tarixinin ən bahalı transferini etdi

 

 

İngiltərənin "Arsenal” klubu daha bir transfer həyata keçirib.

Oxu.Az xəbər verir ki, "topçular” Kot-d'İvuar yığmasının Fransa doğumlu futbolçusu Nikola Pepe ilə münasibətlərini rəsmiləşdirib.

24 yaşlı sağ cinah hücumçusu Fransanın "Lil” klubundan transfer edilib. "Arsenal”ın rəsmi saytı razılaşmanın əldə olunduğunu hələ bəyan etməsə də, Britaniya mətbuatı Pepenin London klubunun formasında müsahibə verərkən görüntüsünü yayıb.

Qeyd edək ki, ötən mövsüm 41 oyuna 23 qol vurmuş N.Pepenin iyulun 26-da İtaliyanın "Napoli” klubuna keçəcəyi deyilmişdi. Həmin vaxt Neapol klubu transfer üçün 71,7 milyon funt xərcləməyə hazır idi. Lakin bir gün sonra "Lil” bu transferi 72 milyona "Arsenal”la razılaşdırdığını açıqlayıb.

Onu da bildirək ki, bu, "Arsenal” tarixinin ən bahalı transferi hesab edilir. "Arsenal”ın bunadək ən bahalı transferi fransalı hücumçu Aleksandr Lakazet idi. O, iki il əvvəl "Lyon”dan təxminən 52 milyon funta transfer edilmişdi.



OXŞAR XƏBƏRLƏR