Arşakyan: \"Bakı Qarabağı xilas edir, paxıllıqla baxırıq\"

Arşakyan: \
Bu gün ermənilərin heç nəyi yoxdur – nə döyüş qabiliyyətli ordusu, nə "arsax”ı, nə də yaşamaq mümkün olmayan Ermənistanı. Biz özümüz hər şeydə təqsirkarıq və bu gün də başımıza, dizimizə vurmaqdan başqa heç nə edə bimərik.

Sfera.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan səsləndirib.

""Bu gün bütün erməni xalqı Azərbaycana və onun Qarabağda etdiklərinə həsədlə baxır. Bəli, azərbaycanlılar qollarını çirmələyərək, yalnız paxıllıq edə biləcəyimiz güclü enerji ilə Qarabağı dirçəltməyə can atırlar.

Artıq Füzulidə aeroport da hazırdır, bu gün onu Azərbaycan və Türkiyə prezidentləri açdılar. Bir ildən bir qədər əvvəl heç bir erməni bunu təsəvvür belə edə bilməzdi.

Ermənilərin kökündən yanlış yanaşması var idi. Hər şeydən əvvəl ermənilər özləri-özlərinə sual verməlidirlər: "arsax”ın çiçəklənməsi və dirçəlməsi naminə biz nə etmişik? Biz 30 il ərzində heç orada normal yollar belə qura bilməmişik. Bu illər ərzində heç bir iş görülməmişdir. Hər şey oğurlandı, talandı. Əvvəlcə Köçəryanın "tulası” oğurladı, sonra Qukasyan və Saakyan, axırda da Arutyunyan bu işi tamamladı.

Ermənistan isə Qarabağın boğulmasına sakitçə kənardan baxırdı. Əvvəllər 150 min nəfərə yaxın əhalisi olan yerlərdə 2020-ci ilin sentyabr ayında minimum insan yaşayırdı. İnsanlar sadəcə "artsax”dan qaçırdı. Çünki onlar aç idilər. Biz ermənilər hələ müharibədən əvvəl "artsax”ı itirmişdik. Çünki bizə Qarabağ lazım deyildi.

İndi biz paxıllıqla azərbaycanlıların Qarabağda etdiklərinə baxırıq”, - deyə erməni ekspert qeyd edib.
 
(Axar.az)

OXŞAR XƏBƏRLƏR

Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər

Azərbaycanda bu ilin fevralında dollara tələbin yüksəlməsindən sonra martda ciddi azalma qeydə alınmışdı. Martdakı azalmadan sonra apreldə dollara tələbdə yenid...

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miq...

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...