Aronyan Ermənistandan imtina etdi - Ölkəsini tərk edir

Aronyan Ermənistandan imtina etdi - Ölkəsini tərk edir
Erməni şahmatçısı, Dünya Kubokunun ikiqat qalibi Levon Aronyan Ermənistan milli komandasının adından çıxış etməkdən imtina edib.

Sfera.az-ın məlumatına görə, bu barədə şahmatçı öz "Facebook" səhifəsində yazıb.

O, bu qərarı Ermənistanda hazırkı hökumətin şahmata kifayət qədər diqqət ayırmaması ilə bağlı izah edib.

L.Aronyanın ABŞ komandasının tərkibində çıxışını davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Ermənistan Şahmat Federasiyasının prezidenti ölkənin sabiq prezidenti Serj Sarkisyandır.

OXŞAR XƏBƏRLƏR